Region Liqasının Mərkəz Zonasında V turun oyunları keçirilib. Qrup liderləri olan "Füzuli" və "Araz" komandaları Saatlıda bir araya gəliblər.
Qonaq komandanın aşkar üstünlüyü ilə keçən qarşılaşmada, füzulililər 7-1 hesablı möhtəşəm qələbə qazanıblar.
Oyundan sonra, Premyer.az saytının Saatlıya ezam olunmuş müxbiri, "Füzuli" komandasının yeni transferlərindən olan, gənc və perspektivli futbolçu Kamran Qürbətovdan müsahibə alıb.
Video müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
Foto və Video: Rauf İskəndərov / Premyer.az / Saatlı