Region Liqasının Mərkəz Zonasında V turun oyunları keçirilib. Qrup liderləri olan "Füzuli" və "Araz" komandaları Saatlıda bir araya gəliblər.
Qonaq komandanın 7-1 hesablı qələbə qazandığı oyunda, Tural Qürbətov pokerə imza atıb. "Füzuli" komandasının bombardiri olmaqla yanaşı, Tural Mərkəz Zonasında da 10 qolla, bombardirlər yarışında liderdir.
Oyundan sonra, Premyer.az saytının Saatlıya ezam olunmuş müxbiri, Turaldan qısa müsahibə alıb.
Video müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
Foto və Video: Rauf İskəndərov / Premyer.az / Saatlı