Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Tovuz Şəhər Stadionunda mövsümün Azarkeş Rekordu hansı komanda ilə qeydə alınıb? - CƏDVƏL

Tovuz Şəhər Stadionunda mövsümün Azarkeş Rekordu hansı komanda ilə qeydə alınıb? - CƏDVƏL

Bu gün Azərbaycan Premyer Liqasının XVII turunun sonuncu oyun günündə "Turan Tovuz" "Neftçi"ı qəbul edir.

Premyer.az saytının Tovuza ezam olunmuş müxbiri bildirir ki, qarşılaşmanın başlamasına hələ təxminən 2 saat qalsa da, oyuna maraq çox böyükdür. 

Bəs bu mövsüm öz meydanında keçirdiyi 8 oyunda (Bu günkü oyun xaric) ən çox azarkeş sayı hansı turda qeydə alınıb? Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:

I Tur: "Turan Tovuz" 0-2 "Qəbələ" / 5500 tamaşaçı

III Tur: "Turan Tovuz" 0-2 "Qarabağ" / 5800 tamaşaçı

VI Tur: "Turan Tovuz" 2-0 "Kəpəz" / 5000 tamaşaçı

VIII Tur: "Turan Tovuz" 1-3 "Zirə" / 2500 tamaşaçı

X Tur: "Turan Tovuz" 2-2 "Səbail" / 4000 tamaşaçı

XII Tur: "Turan Tovuz" 1-0 "Sumqayıt" / 3000 tamaşaçı

XIII Tur: "Turan Tovuz" 1-3 "Şamaxı" / 1000 tamaşaçı

XV Tur: "Turan Tovuz" 0-1 "Sabah" / 1500 tamaşaçı

Rauf İskəndərov / Premyer.az / Şamaxı

Foto: Rauf İskəndərov

363     
Reklam

Reklam