Bu gün Azərbaycan Premyer Liqasının XVII turunun ikinci oyun günündə "Kəpəz" "Sabahı"ı qəbul edir.
Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri bildirir ki, oyunun başlamasına təxminən iki saat qalsa da, tribunalara artıq xeyli sayda azarkeş toplanıb.
Bəs bu mövsüm öz meydanında keçirdiyi 8 oyunda (Bu günkü oyun xaric) ən çox azarkeş sayı hansı turda qeydə alınıb? Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:
I Tur: "Kəpəz" 1-2 "Zirə" / 400 tamaşaçı
III Tur: "Kəpəz" 0-3 "Qəbələ" / 900 tamaşaçı
V Tur: "Kəpəz" 0-1 "Qarabağ" / 500 tamaşaçı
VII Tur: "Kəpəz" 2-1 "Şamaxı" / 300 tamaşaçı
X Tur: "Kəpəz" 0-2 "Neftçi" / 3000 tamaşaçı
XII Tur: "Kəpəz" 3-0 "Səbail" / 2121 tamaşaçı
XIV Tur: "Kəpəz" 0-0 "Turan Tovuz" / 3000 tamaşaçı
XVI Tur: "Kəpəz" 0-1 "Sumqayıt" / 300 tamaşaçı
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Foto: Rauf İskəndərov