Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində "Qəbələ" öz meydanında "Səbail"i qəbul edir.
Premyer.az saytının Qəbələyə ezam olunmuş müxbiri bildirir ki, "Dənizçilər"in azarkeşləri bu dəfə də komandalarını səfər oyununda yalnız buraxmayıblar.
Qapı arxasındakı tribunada yer alan fanatların sayı təxminən 50 nəfərdir. Maraqlı haldır ki, onlar arasında xanım azarkeşlər də var.
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Foto: Rauf İskəndərov