Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “Kəpəz” – “Sumqayıt” oyununun bilet satışı davam edir - Qiymətlər

“Kəpəz” – “Sumqayıt” oyununun bilet satışı davam edir - Qiymətlər

Dekabrın 4-ü Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyununun bilet satışı davam edir. Biletlərin qiyməti 3 və 10 manatdır. 3 manatlıq biletlər stadionunun birinci yarusunun üstüaçıq tribunaları, çox məhdud sayda olan 10 manatlıq biletlər isə VİP tribuna üçün nəzərdə tutulub. 3 manatlıq biletlər rənglərinə uyğun olaraq iki yerə bölünür: sarı zolaqlı biletlər B (stadiona daxil olarkən sol tərəfdəki tribunalar), göy zolaqlı biletlər isə A sektoru (sağ tərəfdəki tribunalar) üçün keçərlidir.

Biletləri Gəncə şəhər stadionundan (oyun günü), "Offside Club"dan (Ruzigar Qasımov küç.), “Offside” futbol meydançasından (Elbrus Allahvediyev küçəsi), “Kolorit Kafe”dən (Cavad Xan küçəsi), “Caspi Parfum” (Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsi) və "EMMİ PARFUM" dükanlarından (Xəmsə Park) əldə etmək olar.

103     
Reklam

Reklam