Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Premyer Liqa, XVI tur: “Qəbələ”dən "Səbail" üzərində minimal qələbə! 2:1 - YENİLƏNİR

Premyer Liqa, XVI tur: “Qəbələ”dən "Səbail" üzərində minimal qələbə! 2:1 - YENİLƏNİR

Misli Premyer Liqasının XVI turunun ikinci günündə "Qəbələ" doğma divarlar qarşısında "Səbail"i qəbul edir.

Premyer.az saytının Qəbələyə ezam olunmuş müxbiri bildiri ki, qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimov və Rahil Ramazanov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. 

Xatırladaq ki, Qəbələ şəhər stadionunda dumanlı hava şəraiti olduğundan, oyun saat 14:30-da deyil, bir neçə dəqiqəlik gecikmə ilə başladı.

Azərbaycan Premyer Liqası

XVI tur

3 dekabr 2022 (şənbə)

14:30. “Qəbələ” 2–1 “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
 Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov 

- QOOOOOOL!! Oyunun 4-cü dəqiqəsində qonaqların 21 nömrəli futbolçusu Kizito Luvaqa hesabı açır! 0-1

- QOOOOL! Meydan sahibləri 35-ci dəqiqədə Feras Abu Akalın qolu ilə hesabı bərabərləşdirir! 1-1

- QOOOOL! İkinci hissədə meydana çıxan Ülvi İsgəndərov meydan sahiblərini hesabda irəli çıxardır! 2-1

Rauf İskəndərov / Premyer.az / Qəbələ

Fotolar: Rauf İskəndərov

106     
Reklam

Reklam