Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Şimali Makedoniyalı yarımmüdafiəçinin "Qəbələ"dəki yubileyi

Şimali Makedoniyalı yarımmüdafiəçinin "Qəbələ"dəki yubileyi

İsnik Alimi “Qəbələ”də 50-ci oyununu keçirib. Şimali Makedoniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf edib. “Sumqayıt”la səfərdəki matç onun üçün “qırmızı-qara” forma ilə 50-ci olub.

1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu, onun “Qəbələ”də 17-ci qolu olub.

Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə “qırmızı-qaralar”ın heyətində şans qazanıb.

Yarımmüdafiəçinin komandamızda debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, “Qəbələ”nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.

147     
Reklam

Reklam