Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » «Qəbələ» - «Səbail»: 23-cü duel

«Qəbələ» - «Səbail»: 23-cü duel

Misli Premyer Liqasında XVI tura start verilib. “Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Səbail”lə görüşəcək. Komandamızın ev oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.  

Bu görüş rəqiblər arasında 23-cü duel olacaq. Əvvəlki 22 oyunda “Qəbələ” üstünlüyə malikdir. 12 qələbəsi olan “qırmızı-qaralar”5 görüşdən sülhlə ayrılıb və eyni sayda matçda uduzub. 40 qol vuran komandamız 22 top buraxıb. Baqali Dabo “Səbail”ə daha çox - 6 qol vurub.  

“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 20 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 10 qələbə qazanan komandamız 5 dəfə bir xalla kifayətlənib. Digər 5 oyunda “Səbail” qalib gəlib. 35 qol vuran “Qəbələ” 20 top buraxıb. 

“Qəbələ” 11-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək komandamız evdəki 10 görüşdə uduzmayıb. 7 qələbəsi olan komandamız 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 22 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib. 

Xatırladaq ki, dekabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 14:30-da başlayacaq. 

2017/18 mövsümü 

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3 

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60 

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1 

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88 

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0 

Stiven Monroz, 59 

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75 

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1 

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68 

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1 

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55 

2018/19 mövsümü 

12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0 

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

 

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

 

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1 

 

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

 

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1 

 

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41 

2019/20 mövsümü

 

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

 

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

 

09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

 

Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2

 

16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1

 

Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16 

2020/21 mövsümü

 

24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

 

Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26

 

24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

 

Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3

 

09.03.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

 

Rafael Utriq, 78 // Amil Yunanov, 57

 

03.05.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:0

 

Amil Yunanov, 61 

2021/22 mövsümü

 

18.09.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 5:0

 

Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+5

 

07.11.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:2

 

Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5

 

19.02.2022. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 2:0

 

Ülvi İsgəndərov, 79; İsnik Alimi, 90+7

 

10.04.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:0

 

Adil Nağıyev, 41; Nikolas Raysel, 68; İbrahim Aslanlı, 73 

2022/23 mövsümü

 

30.09.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:2

 

Ağabala Ramazanov, 61 (p.) //İsnik Alimi, 54 (p.); Ülvi İsgəndərov, 90

104     
Reklam

Reklam