Bu gün Azərbaycan Premyer Liqasının XVI turunun üçüncü oyun günündə "Kəpəz" "Sumqayıt"ı qəbul edir.
Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri bildirir ki, oyunun başlamasına təxminən bir saat qalsa da, tribunalara artıq xeyli sayda azarkeş toplanıb.
Bəs bu mövsüm öz meydanında keçirdiyi 7 oyunda (Bu günkü oyun xaric) ən çox azarkeş sayı hansı turda qeydə alınıb? Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:
I Tur: "Kəpəz" 1-2 "Zirə" / 1200 tamaşaçı
III Tur: "Kəpəz" 0-3 "Qəbələ" / 1200 tamaşaçı
V Tur: "Kəpəz" 0-1 "Qarabağ" / 1000 tamaşaçı
VII Tur: "Kəpəz" 2-1 "Şamaxı" / 800 tamaşaçı
X Tur: "Kəpəz" 0-2 "Neftçi" / 1600 tamaşaçı
XII Tur: "Kəpəz" 3-0 "Səbail" / 500 tamaşaçı
XIV Tur: "Kəpəz" 0-0 "Turan Tovuz" / 24 tamaşaçı
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Foto: Rauf İskəndərov