Bu gün Azərbaycan Premyer Liqasının XVI turunun ikinci oyun günündə "Qəbələ" "Səbail"i qəbul edir.
Premyer.az saytının Qəbələyə ezam olunmuş müxbiri bildirir ki, oyunun başlamasına təxminən bir saat qalsa da, hələ ki tribunalarda demək olar ki azarkeş yoxdur.
Bəs bu mövsüm öz meydanında keçirdiyi 7 oyunda (Bu günkü oyun xaric) ən çox azarkeş sayı hansı turda qeydə alınıb? Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:
II Tur: "Qəbələ" 3-1 "Şamaxı" / 1200 tamaşaçı
IV Tur: "Qəbələ" 0-2 "Sabah" / 1200 tamaşaçı
VI Tur: "Qəbələ" 1-2 "Neftçi" / 1000 tamaşaçı
VII Tur: "Qəbələ" 1-0 "Sumqayıt" / 800 tamaşaçı
IX Tur: "Qəbələ" 0-1 "Qarabağ" / 1600 tamaşaçı
XI Tur: "Qəbələ" 1-1 "Kəpəz" / 500 tamaşaçı
XIII Tur: "Qəbələ" 1-0 "Zirə" / 24 tamaşaçı
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Foto: Rauf İskəndərov