1946-cı il fevral ayının 24-də Tovuzun “Turan” klubunun futbolçularını daşıyan avtobus Şəmkir rayonundan oyundan qayıdarkən, Düyərli kəndinin ərazisində qəzaya uğrayıb. Ağır yol qəzası nəticəsində klubun bir çox futbolçusu həlak olub. Bu olay Azərbaycan futbolu tarixinə “Düyərli faciəsi” kimi tarixə düşüb.
Premyer.az saytının Tovuza, Premyer Liqanın XV turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sabah" qarşılaşmasına ezam olunmuş müxbiri bildirir ki, Futbol Akademiyasının ərazisində 1992-ci ildə, hadiqə qurbanlarının xatirəsinə ucaldılmış abidə, daha sonralar dağıdılsa da, 2014-cü ildə yenidən bərpa edilərək, stadiona təşrif buyuran bütün azarkeş və qonaqları, bu acı xatirələri bir daha yad etməyə sanki səsləyir....
Ruhunuz şad olsun..
Rauf İskəndərov / Premyer.az / Tovuz
Fotolar: Rauf İskəndərov