Bu gün Azərbaycan Premyer Liqasının XV turunun oyunları çərçivəsində "Turan Tovuz" komandası "Sabah"ı qəbul edir.
Premyer.az saytının Tovuza ezam olunmuş müxbiri bildiri ki, oyunun start fiti verilmədən öncə, 26 noyabr tarixində vəfat edən Azərbaycanın veteran futbolçusu, Respublika dərəcəli hakim Elçin Sultanovun əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Qeyd edək ki, Tovuz futbolunun yetirməsi olan keçmiş yarımmüdafiəçi SSRİ dönəmində, Zaqatalanın "Daşqın" və Ağdamın "Məhsul" klublarının formasını geyinib.
1974-cü ildən peşəkar hakimliklə məşğul olan Sultanov, sonradan fəaliyyətini hakim-inspektor kimi davam etdirib.
Rauf İskəndərov / Premyer.az / Tovuz
Fotolar: Rauf İskəndərov