Bu gün Azərbaycan Premyer Liqasının XV turun oyunları çərçivəsində keçirilmiş "Şamaxı" - "Kəpəz" matçının son dəqiqələrində meydanda kütləvi dava düşüb.
Premyer.az saytının oyuna ezam olunmuş müxbiri Şamaxı Şəhər Stadionundan bildirir ki, matçın sonuna yaxın, epizodlardan birində, hər iki komandanın futbolçularının iştirak etdiyi dava yaşanıb.
Davanın qarşısını, yalnız məşqçilərin, hakimlərin və texniki heyət işçilərinin müdaxiləsindən sonra almaq mümkün olub.
Qeyd edək ki, matçın baş hakimi Əliyar Ağayev bu oyunda qonaq komandanın futbolçularına - 5, meydan sahiblərinə isə 4 olmaqla, ümumilikdə 9 dəfə sarı vərəqə göstərib.
Müxbirimiz Rauf İskəndərovun lentə aldığı video yazını oxucularımızın diqqətinə çatdırırıq.
Foto və video: Rauf İskəndərov / Premyer.az / Şamaxı