Bu gün Azərbaycan Premyer Liqasının XV turunun ikinci oyun günündə "Şamaxı" "Kəpəz"i qəbul edir.
Premyer.az saytının Şamaxıya ezam olunmuş müxbiri bildiri ki, Əliyar Ağayevin baş hakim olduğu qarşılaşma, Şamaxı şəhər stadionunda keçirilir.
Qeyd edək ki, bu komandalar arasında VII tur çərçivəsində Gəncədə keçirilmiş qarşılaşmada, "Kəpəz" 2-1 hesablı qələbə qazanmışdı.
Hal-hazırda, XIV turdan sonra, "Şamaxı" turnir cədvəlində 10 xalla 8-ci, "Kəpəz" isə 9 xalla 9-cu yerdə qərarlaşıblar.
Misli Premyer Liqası, XV tur
28 noyabr 2022, Bazar ertəsi
“Şamaxı” – “Kəpəz” 1-1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu, 14:00
Qollar: Mixeil Erqemlidze, 11 (0:1), Bahadur Həziyev, 68 (1:1)
- QOOOOL! İlk hissənin 11-ci dəqiqəsində qolaqların 24 nömrəli futbolçusu Mixeil Erqemlidze qonaqları hesabda irəli çıxardır!
- QOOOL! 68-ci dəqiqədə meydah sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olur. 70 nömrəli futbolçu Bahadur Həziyev fərqlənir.
Rauf İskəndərov / Premyer.az / Şamaxı
Foto: Rauf İskəndərov
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 14 | 13 | 1 | 0 | 40-8 | 40 |
2 | Sabah | 14 | 11 | 2 | 1 | 30-10 | 35 |
3 | Neftçi | 15 | 10 | 2 | 3 | 31-15 | 32 |
4 | Zirə | 14 | 7 | 1 | 6 | 16-21 | 22 |
5 | Qəbələ | 14 | 6 | 2 | 6 | 17-15 | 20 |
6 | Turan Tovuz | 14 | 4 | 4 | 6 | 10-18 | 16 |
7 | Səbail | 15 | 2 | 4 | 9 | 12-23 | 10 |
8 | Şamaxı | 14 | 2 | 4 | 8 | 12-23 | 10 |
9 | Kəpəz | 14 | 2 | 3 | 9 | 11-29 | 9 |
10 | Sumqayıt | 14 | 0 | 5 | 9 | 6-23 | 5 |