Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Argentina millisi 32 il sonra Mundialda ilk matçında məğlub olub

Argentina millisi 32 il sonra Mundialda ilk matçında məğlub olub

Futbol üzrə Argentina millisi 1990-cı ildən sonra ilk dəfə dünya çempionatında birinci matçında məğlub olub. 

Lionel Skaloninin baş məşqçisi olduğu komandası Qətərdə keçirilən mundialın birinci turunda Səudiyyə Ərəbistanına uduzub - 1:2.

 Argentina 1990-cı ildə keçirilən dünya çempionatına da məğlubiyyətlə başlayıb. Həmin vaxt Argentina Kameruna uduzub (0:1).

 Yığma 2018-ci il dünya çempionatını istisna olmaqla, sonrakı bütün mundiallara qələbə ilə başlayıb. İslandiyaya qarşı son dünya çempionatının ilk oyunu heç-heçə başa çatıb - 1:1.


145     
Reklam

Reklam