Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “D” kateqoriyalı məşqçi kursları keçiriləcək

“D” kateqoriyalı məşqçi kursları keçiriləcək

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə noyabrın 30-dan dekabrın 2-dək Göygöl Olimpiya İdman Kompleksində “D” kateqoriyalı məşqçi kursları keçiriləcək. 

3 günü əhatə edəcək kursa Göygöl rayonunda və ətraf regionlarda futbol oynayan uşaqların valideynləri, universitet tələbələri, eləcə də məşqçilik fəaliyyətinə başlamaq istəyən şəxslər cəlb olunub. AFFA-nın məşqçi kurslarının təlimçiləri İlham Əzizzadə və Rasim Əliyev tərəfindən keçiriləcək kurs “Futbolun ilkin elementləri”, “Reallığa əsaslanan öyrənmə metodları”, “Kütləvi futbolda məşqçinin rolu” və digər mövzuları əhatə edəcək.
134     
Reklam

Reklam