Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Premyer Liqada 23-cü

Premyer Liqada 23-cü

Misli Premyer Liqasının XIV turu Vurğun Hüseynov üçün əlamətdar olub. 34 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.
“Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə sumqayıtlılar 2:4 hesabı ilə uduzub.
2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov 200 matçda 2 qola imza atıb. O, klub tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçudur. Vurğun ölkə çempionatları tarixində eyni komandada 200 və daha çox qarşılaşmada iştirak edən 23-cü oyunçudur.

181     
Reklam

Reklam