Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “Qarabağ-2” komandasının oyunçusu "Təcavüzkar davranışa görə" Cəzalandırıldı!

“Qarabağ-2” komandasının oyunçusu "Təcavüzkar davranışa görə" Cəzalandırıldı!

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

I divizionun XI turunun “Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda Qaradağ Lökbatan komandasının oyunçusu Nodar Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (mad.47.1.).

XI turun “İmişli” – “Şamaxı-2” oyununda “İmişli”nin oyunçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (mad.47.1.)

“Şamaxı-2” komandası oyun günü planının tələblərini pozduğuna görə klub 80 manat cərimə olunur (mad.84.).

Matçda meydançaya kənar şəxslərin daxil olmasına görə “İmişli” klubu 160 manat cərimə olunur (mad. 49.2.);

Qonaq komandanın soyunub – geyinmə otağında isti suyun olmamasına görə “İmişli” klubu 80 manat cərimə olunur (mad.60.);

XI turun “Zaqatala” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının oyunçusu Raul Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (mad.36.1.);

Matçda internet olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə olunur (mad.60);

XI turun “Neftçi-2” – “Zirə-2” oyununda polis əməkdaşı oyun öncəsi iclasa gecikdiyinə görə “Neftçi-2” komandası 40 manat cərimə olunur (mad.62.2.);

“Neftçi-2” komandası meydançaya vaxtında çıxmadığına görə 80 manat cərimə olunur (mad. 84.);

XI turun “Qarabağ-2” – “Kəpəz-2” oyununda “Qarabağ-2” komandasının oyunçusu Şirxan Həsənzadə rəqib komandanın oyunçularını təhqir etdiyinə görə 3 oyun cəzalanır, “Qarabağ-2” 160 manat cərimə olunur (mad.41.1.);

Oyun bitdikdən sonra meydançanın kənarında təhlükəsizlik təmin olunmadığı üçün kütləvi şəkildə intizamsızlıq baş verdiyinə görə meydan sahibi “Qarabağ-2” 400 manat cərimə olunur (mad.49.1.);

“Qarabağ-2” – “Kəpəz-2” oyunu bitdikdən sonra kütləvi intizamsızlıq baş verən zaman “Kəpəz-2” komandasının bəzi oyunçuları rəqib komandanın oyunçularını təhqir etdiyinə görə “Kəpəz-2” komandası 160 manat cərimə olunur (mad. 41.1.);

“Qarabağ-2” komandasının oyunçusu Rəhim Cəfərli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (mad.37.3.).

149     
Reklam

Reklam