Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Şamaxıda oyun dayandırıldı, futbolçu başından zədələndi! FOTOLAR

Şamaxıda oyun dayandırıldı, futbolçu başından zədələndi! FOTOLAR

Azərbaycan Premyer Liqasının XIV turunun açılış matçında bu gün "Şamaxı" "Sumqayıt"ı qəbul edir. Premyer.az saytının Şamaxıya ezam olunmuş müxbiri bildirir ki, matçın 50-ci dəqiqəsində, oyun epizodlarından birində, meydan sahiblərinin 55 nömrəli futbolçusu Adil Nağıyev, rəqib futbolçu ilə toqquşaraq, başından zədələnərək, yerə yıxılıb. Həkim müdaxiləsindən sonra, futbolçuya dərhal yardım göstərilib və başına sarğı vurulub.

53-cü dəqiqədə oyun davam etdirilib və Adil meydana qayıdıb.

Rauf İskəndərov / Premyer.az / Şamaxı  

Fotolar: Rauf İskəndərov

211     
Reklam

Reklam