Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » "Kimyaçılar" komandalarını Şamaxıda tək qoymadı - FOTO

"Kimyaçılar" komandalarını Şamaxıda tək qoymadı - FOTO

Azərbaycan Premyer Liqasının start matçında bu gün "Şamaxı" öz meydanında "Sumqayıt"ı qəbul edir. 

Premyer.az saytının Şamaxıya ezam olunmuş müxbiri bildirir ki, qonaq komandanın "Kimyaçılar" fan klubunun rəhbərinin saytımıza eksklüziv olaraq verdiyi məlumata əsasən, bu gün "Sumqayıt"ı stadionda 40 nəfərə yaxın azarkeş dəstəkləyəcək.

Fan klubun üzvləri Şamaxıya xüsusi olaraq ayrılmış avtobusda təşrif buyurublar.

Qeyd edək ki, "Şamaxı" - "Sumqayıt" qarşılaşması saat 14:30-da start götürəcək.

Rauf İskəndərov / Premyer.az / Şamaxı

Foto: Rauf İskəndərov

137     
Reklam

Reklam