Misli Premyer Liqasının XII turu çərçivəsində bu gün keçirilən "Şamaxı" - "Qarabağ" qarşılaşmasını izləyənlər arasında veteran futbolçumuz Vəli Qasımov da yer alıb.
Premyer.az saytının Şamaxıya ezam olunmuş müxbiri bildirir ki, Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının sədri vəzifəsini daşıyan Vəli Qasımov tribunalardan oyunu izləyənlər arasındadır.
Qeyd edək ki, Vəli Qasımov Şamaxı futbol məktəbinin koordinatoru vəzifəsində də çalışmaqdadır.
Rauf İskəndərov / Premyer.az / Şamaxı
Foto: Rauf İskəndərov