Misli Premyer Liqasının XII turu çərçivəsində "Şamaxı" mərkəzi şəhər stadionunda lider "Qarabağı" qəbul edib.
Premyer.az saytının Şamaxıya ezam olunmuş müxbiri bildirir ki, yerli azarkeşlərlə yanaşı, "Qarabağ"ın fan ordusu da tribunalarda yer alıb.
Misli Premyer Liqası, XII tur
30.10.2022, saat 15:00
Şamaxı şəhər Mərkəzi Stadionu
"Şamaxı" - "Qarabağ" 0:4
“Şamaxı”: 12. Əkpər Vəliyev, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 99. Sahib Həsənov, 10. Elvin Məmmədov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 6. Julio Romao
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Qeydlər:
- Oyunun 16-cı dəqiqəsində Filip Ozobiç zədələnərək, meydanı tərk edir və əvəzlənir.
- İlk hissədə hesab açılmır...
- QOOOL!!!! İkinci hissənin 51-ci dəqiqəsində Musa Qurbanov hesabı açır!
- QOOOOOL!!! Oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev "Qarabağ"ın ikinci qolunu vurur! "Şamaxı" 0-2 "Qarabağ"
- QOOOOL!!! Əlavə olunmuş dəqiqələrdə "Qarabağ" hesabı 3:0-a çatdırır! Musa Qurbanov dubl edir!
Matçın 90+5 dəqiqəsində "Şamaxı"nın futbolçusu Cəlal Hüseynov topu öz komandasının qapısından keçirir. 0-4.
MATÇ BİTDİ.
Rauf İskəndərov / Premyer.az / Şamaxı
Fotolar: Rauf İskəndərov