Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Formasında Adı yazılmadığı üçün, 3000 manat cərimələndi!

Formasında Adı yazılmadığı üçün, 3000 manat cərimələndi!

09.10.2022-ci il tarixində Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Qəbələ” klubu 1600 manat cərimə olunur. (maddə 51.1)

09.10.2022-ci il tarixində Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov oyunun 43-cü dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1).

 
08.10.2022-ci il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Neftçi” klubu 1600 manat cərimə olunur. (maddə 51.1).
 
08.10.2022-ci il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
07.10.2022-ci il tarixində Misli Premyer Liqasının IX turunun “Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur. (maddə 69.3).
 
12.10.2022-ci il tarixində I Divizionun VII turunun “Araz Naxçıvan” – “Turan Tovuz-2” oyununda TTY briqadasının  gecikməsi səbəbi ilə “Araz Naxçıvan” klubu 160 manat cərimə olunur. (maddə 59.4).
 
12.10.2022-ci il tarixində I Divizionun VII turunun “Araz Naxçıvan” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39).
 
12.10.2022-ci il tarixində I Divizionun VII turunun “Araz Naxçıvan” – “Turan Tovuz-2” oyununda “Araz Naxçıvan” klubunun 6 nömrəli futbolçusu Xəyal Tomarov oyunun 88-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
 
11.10.2022-ci il tarixində I Divizionun VII turunun “Qaradağ Lökbatan” – “Kəpəz-2“ oyununda “Kəpəz-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39).
 
12.10.2022-ci il tarixində I Divizionun VII turunun “Səbail-2” – “Şamaxı-2” oyununda oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbi ilə “Səbail-2” klubu 160 manat cərimə olunur. (maddə 49.2).
 
12.10.2022-ci il tarixində I Divizionun VII turunun “Səbail-2” – “Şamaxı-2” oyununda “Səbail-2” klubunun baş məşqçi Asif Mirili hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 47.3).
 
12.10.2022-ci il tarixində I Divizionun VII turunun “Zaqatala” – “Qarabağ-2” oyununda TTY briqadası oyuna vaxtında gəlmədiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur. (maddə 59.4).
 
11.10.2022-ci il tarixində I Divizionun VII turunun MOİK – “Zirə-2” oyununda “Zirə-2” klubu oyunöncəsi elektron protokolu sistemə vaxtında ötürmədiyi üçün “Zirə-2” klubu 80 manat cərimə olunur (maddə 54).
 
08.10.2022-ci il tarixində AFFA U-13 Liqasının III turunun “KAVKAZ QUSAR” – “UGİM Şabran” oyununda “KAVKAZ QUSAR” klubunun 17 nömrəli futbolçusu Raul Sevzixanov oyunun 56-cı dəqiqəsində düşüncəsiz hərəkət (üzə əl ilə zərbə) etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3). 
 
08.10.2022-ci il tarixində AFFA U-13 Liqasının III turunun “KAVKAZ QUSAR” – “UGİM Şabran” oyununda “UGİM Şabran” klubunun 10 nömrəli futbolçusu Nahid Məmmədov oyunda rəqibə əllə zərbə endirdiyinə görə təcavüzkar davranış üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3). 
 
08.10.2022-ci il tarixində AFFA U-13 Liqasının III turunun “KAVKAZ QUSAR” – “UGİM Şabran” oyununda “KAVKAZ QUSAR” klubunun 2 nömrəli futbolçusu Ruslan Əbilov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 41.1).
 
09.10.2022-ci il tarixində AFFA U-14 Liqasının III turunun “Leon Baku” – “Şamaxı” oyununda “Leon Baku” klubunun 1 nömrəli futbolçusu Ramil Sazanov  oyunun 18-ci dəqiqəsində rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
09.10.2022-ci il tarixində AFFA U-14 Liqasının III turunun İOEUGİM – UGİŞM oyununda UGİŞM klubu 2-ci hissədə meydana çıxmadığı üçün oyunun baş tutmamasına görə UGİŞM klubuna 0:3 hesabı ilə məğlubiyyət verilir. (maddə 52.1).
 
09.10.2022-ci il tarixində AFFA U-12 Liqasının III turunun EFA – “Amasiya” oyununda EFA klubunun 2 nömrəli futbolçusu Musa Əliyev oyunun 55-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 37.1).
 
09.10.2022-ci il tarixində AFFA U-12 Liqasının III turunun EFA – “Amasiya” oyununda “Amasiya” klubunun 2 nömrəli futbolçusu Rəmzi Dərgahov oyunun 55-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 37.1).
 
09.10.2022-ci il tarixində AFFA U-12 Liqasının III turunun EFA – “Amasiya” oyununda “Amasiya” klubunun 44 nömrəli futbolçusu İlham Qubadov oyunun 55-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 37.1).
 
09.10.2022-ci il tarixində AFFA U-14  Liqasının III turunun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun 23 nömrəli futbolçusu Nihad Hüseynzadə oyunun 40-cı dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.1).
 
09.10.2022-ci il tarixində AFFA U-13 Liqasının III turunun “Lokomotiv Baku” – “Ramana İM” oyununda “Ramana İM” klubu təyin olunmuş vaxtda oyuna gəlmədiyinə görə “Ramana İM” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilir. (maddə 55.1).
 
08.10.2022-ci il tarixində AFFA U-12 Liqasının III turunun “İOEUGİM Sumqayıt” – “UGİM-2 Sumqayıt” oyununda “UGİM-2 Sumqayıt” klubu təyin olunmuş vaxtda oyuna gəlmədiyinə görə oyun keçirilmədiyi üçün “UGİM-2” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilir. (maddə 55.1).
 
08.10.2022-ci il tarixində AFFA U-13 Liqasının III turunun EFA – “AZART” oyununda “AZART” klubunun futbolçusu Səxavət Ağazadə oyunun 21-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.2).
 
08.10.2022-ci il tarixində AFFA U-12 Liqasının III turunun “Baku FA” – “8 nömrəli İOEUGİM” oyununda “Baku FA” klubu tam heyətlə olmadığı üçün oyunun baş tutmamasına görə “Baku FA” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilir. (maddə 55.1).
 
08.10.2022-ci il tarixində AFFA U-14 Liqasının III turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun baş məşqçisi Arif Abbasov oyunun 43-cü dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə (texniki zona qaydalarını pozaraq meydana daxil olub hakimə etiraz etdiyinə görə) qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.3).
 
09.10.2022-ci il tarixində AFFA U-15 Liqasının VII turunun “Cənub Elit” – “Şimal Elit” oyununda “Şimal Elit” klubunun 10 nömrəli futbolçusu Denis İsmixanov oyunun 65-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
07.10.2022-ci il tarixində AFFA Gənclər Liqasının IV turunun “Neftçi” – “Sabah” oyununda “Sabah”   klubunun 31 nömrəli futbolçusu Əsgər Məmmədov oyunun 82-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
145     
Reklam

Reklam