Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “Hər şey bizdən asılıdır”

“Hər şey bizdən asılıdır”


UEFA Millətlər Liqası çərçivəsində sabah Slovakiyanın Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və komandanın kapitanı Emin Mahmudovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Komandada yaxşı atmosfer var. Ümid edirəm, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası, rəqibdən qorxmamalıyıq. Son dörd matçda göstərdiyimiz oyuna nəzərən, daha az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik.

Qara Qarayev nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki qaldı mənim müqaviləmin başa çatmasına, düşünmürəm ki, son iki oyun yekun qərar vermək üçün həlledici olsun. Əlbəttə, yekun qərarı AFFA verəcək. Qərar nə olursa-olsun, biz əvvəlkitək dost münasibətimizi davam etdirəcəyik”.
 
Emin Mahmudov: “Baş məşqçi necə oynayacağımızı izah edib. Çalışacağıq ki, onun verdiyi tapşırıqları yerinə yetirək. Sözün həqiqi mənasında “vuruşaq” və yaxşı nəticə əldə edək”. 
27     
Reklam

Reklam