Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “Qarabağ” – “Nant” oyununun hakimləri bəlli oldu

“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli oldu

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin II turunda Fransanın “Nant” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb. Sentyabrın 15-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
 

“Qarabağ” – “Nant” oyununun hakimləri

“Qarabağ” – “Nant”
15 sentyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45
Baş hakim: Enea Jorgji
Baş hakimin köməkçiləri: Denis Rexha, Ridiger Çokaj
Dördüncü hakim: Juxhin Xhaja
VAR: Luca Pairetto (İtaliya)
AVAR: Giacomo Paganessi (İtaliya)
131     
Reklam

Reklam