Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “Sumqayıt”ın Premyer Liqada ilk qolunu kim vurub?

“Sumqayıt”ın Premyer Liqada ilk qolunu kim vurub?

"Sumqayıt” Misli Premyer Liqasında ilk qolunu vurub. Aleksey Baqanın yetirmələri VI turun "Şamaxı” ilə ev oyununda fərqlənib. Meydan sahibləri 3-cü dəqiqədə Almir Aqanspahiçin penalti zərbəsi ilə hesabı açıb.
"Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec - mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. Lakin sumqayıtlılar dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb. Aqanspahiç qolunu komandası 453 dəqiqə gözləyib. Mütləq antirekord isə 2015/16 mövsümündə ilk qolunu məhz "Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur.

İlk qolunu ən gec vuranlar (ən azı 5 oyundan sonra)

1. AZAL (2015/16 mövsümü) – 540-cı dəqiqə, Aleksandr Qurulu, "Sumqayıt”la oyun – 1:1

2. "Xəzər” Lənkəran (1992 mövsümü) – 471-ci dəqiqə, Məhərrəm Bağırov, "Energetik”lə oyun – 2:1

3. "Göyəzən” (2004/05 mövsümü) – 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), "Qarabağ”la oyun – 2:4

4. "Sumqayıt” (2022/23 mövsümü) – 453-cü dəqiqə, Almir Aqanspahiç, "Şamaxı” ilə oyun – 1:1

129     
Reklam

Reklam