Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Millət vəkili "Füzuli" FK-nın 3 xalına və möhtəşəm qoluna şahid oldu! VİDEO, TURNİR CƏDVƏLİ

Millət vəkili "Füzuli" FK-nın 3 xalına və möhtəşəm qoluna şahid oldu! VİDEO, TURNİR CƏDVƏLİ

Millət vəkili "Füzuli" FK-nın 3 xalına və möhtəşəm qoluna şahid oldu! VİDEO, TURNİR CƏDVƏLİBu gün Region Liqasının VI turu çərçivəsində, Mərkəz Zonasının lideri olan "Füzuli” FK, qrupun autsayderi "İsmayıllı”nı qəbul edib.
 
Oyun meydan sahiblərinin tam üstünlüyü ilə keçməsinə baxmayaraq, bir neçə cəzalı və zədəli futbolçuların olması, oyunda öz sözünü deyib. 90 dəqiqə ardı-ardıcıl hücumlar edən Vasif İsmayılovun yetirmələri, yalnız bir dəfə, Təmraz Əmircanovun uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə rəqibin qapısının torunu silkələyə bilib – 1:0.
 
Beləliklə də xallarını 14-ə çatdıran "Füzuli” komandası, Mərkəz Zonası qrupunda şəriksiz liderliyini davam etdirir.
 
Qeyd edək ki, oyundan öncə, Füzuli rayonundan millət vəkili olan Vüqar Bayramov, komandayla birgə şəkil çəkdirərək, onlara çempionatda uğurlar arzulayıb. "Füzuli” FK adından isə, millət vəkilinə komandanın forması hədiyyə olunub.
 
Tanınmış şərhçi Tural İskəndərov isə, öz çəkiliş qrupu ilə birlikdə növbəti dəfə Füzuliyə təşrif buyuraraq, oyunun canlı yayımını və oyun sonrası müsahibələri öz çox saylı izləyicilərinə təqdim edib.
 
Rauf İskəndərov / Premyer.az
 
Yer

Komanda

O

Q

H

M

VQ

BQ

T/F

Xal

1

Füzuli

6

4

2

0

9

2

7

14

2

İmişli

6

3

2

1

12

12

0

11

3

Ağsu Siti

6

2

4

0

20

9

11

10

4

Saatlı

6

2

2

2

12

12

-1

7

5

Mil FK

6

0

3

3

9

15

-6

3

6

İsmayıllı FK

6

0

1

5

4

15

-11

1 453     
Reklam

Reklam