» » » "Füzuli" FK yeni forması ilə Saatlı səfərindən 3 xalla geri döndü - FOTOLAR, TURNİR CƏDVƏLİ

"Füzuli" FK yeni forması ilə Saatlı səfərindən 3 xalla geri döndü - FOTOLAR, TURNİR CƏDVƏLİ

"Füzuli" FK yeni forması ilə Saatlı səfərindən 3 xalla geri döndü - FOTOLAR, TURNİR CƏDVƏLİ Region Liqasında IV turunun oyunları keçirilib. Premyer.az xəbər verir ki, Saatlıda Mərkəz Zonası qrupunun liderləri "Füzuli” FK ilə, yerli "Araz” komandaları bir araya gəlib.
 
Vasif İsmayılovun yetirmələri meydana, "Ştudqart Mağazalar Şəbəkəsi”nin maliyyə dəstəyi ilə hazırlanmış yeni formada çıxıb. "Sarı-qaralara” yeni formaları düşərli olub. Belə ki, gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada, qonaqlar Cəsur Hüseynovun qolu ilə, 1:0 hesablı vacib qələbə qazanıblar.
 
"Füzuli" FK yeni forması ilə Saatlı səfərindən 3 xalla geri döndü - FOTOLAR, TURNİR CƏDVƏLİQeyd edək ki, "Füzuli” komandasının gənc oyunçusu, bu mövsüm vurduğu qolların sayını 4-ə çatdıraraq, bombardirlər sırasında qrupda ikinciliyə yüksəlib.
Saatlı şəhər Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada, hər iki komandanın futbolçuları, əllərində Saatlı rayon Şəhidlərinin şəkilləri və Azərbaycan və Türkiyə bayraqları ilə meydana çıxaraq, xatirə fotoları çəkdirib.
 
"Füzuli" FK yeni forması ilə Saatlı səfərindən 3 xalla geri döndü - FOTOLAR, TURNİR CƏDVƏLİ
Oyundan sonra, Füzuli rayonunun iş adamlarından olan Nahid Məmmədov, komandaya qələbə münasibəti ilə əlaqədar ziyafət verib.
 
Qeyd edək ki, hal-hazırda Mərkəz Zonası qrupuna "Füzuli” komandası 10 xalla şəriksiz liderlik edir.
 
Yer
Komanda
O
Q
H
M
VQ
BQ
T/F
Xal
1
Füzuli
4
3
1
0
8
2
6
10
2
İmişli
4
2
1
1
10
11
-1
7
3
Ağsu Siti
4
1
3
0
13
6
7
6
4
Saatlı
4
2
0
2
7
8
-1
6
5
Mil FK
4
0
2
2
5
10
-5
2
6
İsmayıllı FK
4
0
1
3
3
9
-6
1
Bombardirlər: Rəmzi Eminli (Ağsu Siti) – 6, Cəsur Hüseynov (Füzuli) – 4 qol.
 
 
Rauf İskəndərov / Premyer.az / Saatlı


267     
Reklam

Reklam