Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Horadizdə futbol bayramı! "Füzuli" FK turnir cədvəlində zirvəyə yüksəldi - FOTOLAR - TURNİR CƏDVƏLİ

Horadizdə futbol bayramı! "Füzuli" FK turnir cədvəlində zirvəyə yüksəldi - FOTOLAR - TURNİR CƏDVƏLİ

Horadizdə futbol bayramı! "Füzuli" FK turnir cədvəlində zirvəyə yüksəldi - FOTOLAR - TURNİR CƏDVƏLİRegion Liqasının III turunun oyunları çərçivəsində bu gün əlamətdar hadisə yaşanıb. Belə ki, böyük futbol nəhayət ki Füzuli rayonuna qayıdıb. Neçə illik fasilədən sonra, rayonun eyni adlı komandası, yenidən öz azarkeşləri qarşısına doğma meydanda çıxıb.
 
Horadizdə futbol bayramı! "Füzuli" FK turnir cədvəlində zirvəyə yüksəldi - FOTOLAR - TURNİR CƏDVƏLİOyun Horadiz şəhəri Olimpiya İdman Kompleksinin stadionunda keçirilib. Stadiona toplaşan hər kəs, o cümlədən qonaqlar və komanda üzvləri də, bu gün fərqli hisslər yaşayıb. Oyun öncəsi, "Füzuli” komandasının futbolçuları rayonun Şəhid övladları və qazilərlə birlikdə, "Füzuli Sən Azadsan” plakatını açaraq, birlikdə şəkillər şəkdirib, onlara komandanın formasını hədiyyə edib.
 
Oyun Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və rayon rəsmirəlinin çıxışları ilə başlayıb. Azarkeşlərə həyəcanlı və gözəl dəqiqələr yaşadan Vasif İsmayılovun yetirmələri, bütün oyunu əzmkar oyun nümayiş etdirərək, nəticədə "Mil” (Beyləqan) üzərində 3:1 hesablı parlaq qələbə qazanıblar.
 
Komandanın heyətində gənc futbolçu, bu çempionatda artıq üçüncü qolunu aktivinə yazan, Füzuli futbol məktəbinin yetirməsi Cəsur Hüseynov, komandanın layiqli kapitanı, tərcübəli futbolçu Qərib İbrahimov və Aydın Qasımov fərqləniblər.
 
Beləliklə də, 3 turdan sonra "Füzuli” komandası xallarını 7-yə çatdıraraq, turnir cədvəlində zirvəyə yerləşməyi bacarıb.
Qeyd edək ki, bu qarşılaşmanı, oyuna Bakıdan təşrif buyuran tanınmış şərhçi Tural İskəndərov öz Facebook səhifəsi vasitəsi ilə canlı yayımlarıb.
 
Rauf İskəndərov / Premyer.az / Horadiz
 
Yer
Komanda
O
Q
H
M
VQ
BQ
T/F
Xal
1
Füzuli
3
2
1
0
7
2
5
7
2
Saatlı
3
2
0
1
7
7
0
6
3
Ağsu Siti
3
1
2
0
11
4
7
5
4
İmişli
3
1
1
1
7
9
-2
4
5
Mil FK
3
0
1
2
3
8
-5
1
6
İsmayıllı FK
3
0
1
2
1
6
-5
1
2 200     
Reklam

Reklam