» » » "Füzuli" FK Ağsu səfərindən vacib bir xalla dönür - FOTOLAR

"Füzuli" FK Ağsu səfərindən vacib bir xalla dönür - FOTOLAR

"Füzuli" FK Ağsu səfərindən vacib bir xalla dönür - FOTOLARBu gün Region Liqasının II turu çərçivəsində növbəti oyunlar keçirilib. Premyer.az xəbər verir ki, "Füzuli" komandası səfərdə "Ağsu Siti"nin qonağı olub. Gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
 
İlk hissədə meydan sahibləri hesabda önə çıxsa da, ikinci hissə başlayan kimi, qonaqlar Vüsal Səfərovun qolu ilə hesabı bərabərləşdirməyi bacarıb. Bunun ardınca qolun müəllifi qırmızı vərəqə alaraq, meydanı tərk edib. Azlıqda qalmalarına baxmayaraq, qonaqlar əzmkar oyun nümayiş etdirərək, oyunun sonuna kimi bərabərliyi qorumağa müvəffəq olublar.
 
Qeyd edək ki, oyundan öncə və iki hissə arasındakı fasilə zamanı, 8 Noyabr - Zəfər günü münasibəti ilə əlaqədar şou proqram da təşkil edilib. "Füzuli" komandasının futbolçuları isə, oyun başlamadan öncə, tribunalara toplaşan İkinci Qarabağ müharibəsinin qazilərinə yaxınlaşaraq, onları alqışlarla salamlayıblar.
 
Rauf İskəndərov / Premyer.az / Ağsu

383     
Reklam

Reklam