» » » Region Liqası, I tur: "Füzuli" FK İsmayıllıda 3 xalı 3 qolla qazandı - FOTOLAR

Region Liqası, I tur: "Füzuli" FK İsmayıllıda 3 xalı 3 qolla qazandı - FOTOLAR

Region Liqası, I tur: "Füzuli" FK İsmayıllıda 3 xalı 3 qolla qazandı - FOTOLARRegion Liqasının ilk turu çərçivəsində Mərkəz Zonasında, turnirin debütantı  "İsmayıllı" komandası, "Füzuli" komandasını qəbul edib.
Premyer.az saytı İsmayıllıdan xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksinin süni örtüklü meydançasında baş tutan qarşılaşmada, qonaq komanda inamlı qələbə qazanıb.
 
Daha təcrübəli fütbolçulardan ibarət Vasif İsmayılovun komandası, ikinci hissədə azlıqda qalmalarına baxmayaraq, 3 xalı 3 qolla qazanıb. Komandanın gənc futbolçusu Cəsur Hüseynov bu oyunda dubla imza atıb. Üçüncü qolu Rəhman Musayev öz aktivinə yazıb.
 
Qeyd edək ki, yağmurlu və soyuq hava şəraiti olmasına baxmayaraq, maraqlı və qarşılıqlı mübarizə şəraitində keçən oyunu, stadiona toplaşan çox saylı yerli və Füzulidən gələn azarkeşlərlə yanaşı, İsmayıllı rayonu icra hakimiyyətinin başçısı da seyr ediblər. 
 
REGİON LİQASI, I tur
Mərkəz Zonası
"İsmayıllı" FK 0 - 3 "Füzuli" FK
Yer: İsmayıllı OİK
Saat: 14:00
Qollar: Cəsur Hüseynov (dubl), Rəhman Musayev
 
Rauf İskəndərov / Premyer.az / İsmayıllı
 
498     
Reklam

Reklam