» » » "Qarabağ derbisi"ndə sülh bağlandı! FOTOLAR

"Qarabağ derbisi"ndə sülh bağlandı! FOTOLAR

"Qarabağ derbisi"ndə sülh bağlandı! FOTOLARRegion liqasına hazırlaşan "Füzuli" komandası, son yoxlama oyununu keçirib.

ASK Arenada baş tutan qarşılaşmada, Vasif İsmayılovun başçılıq etdiyi komanda, Region Liqasının debütantı, "Cəbrayıl" komandasının qonağı olub. Oyundan öncə, Vasif İsmayılov, "Cəbrayıl" komandasının prezidenti və baş məşqçisi Cavid Hüseynova "Füzuli" komandasının 14 nömrəli formasını hədiyyə edib.

Oyuna gəlincə isə, azarkeşlər arasında "Qarabağ derbisi" adlandırılan matçda qalib müəyyənləşməyib - 1:1. Maraqlı mübarizə və qarşılıqlı hücumlarla keçən görüşdə, hesabı nominal meydan sahiblərinin futbolçusu Sergey Markelov açıb. "Füzuli" komandasının heyətində, bərabərlik qoluna, komandaya yeni cəlb olunmuş Ələkbər Orucov imza atıb. Gənc futbolçu, Füzuli futbol məktəbinin yetirməsidir.
 
Qeyd edək ki, sabah saat 15:00-da, AFFA-nın inzibati binasında Region Liqasının 2021/2022-ci illər mövsümünün püşkatma mərasimi keçirəcək.

Rauf İskəndərov
"Füzuli" FK-nın Mətbuat Xidməti

482     
Reklam

Reklam