» » » Millət vəkilindən "Füzuli" futbol komandasına dəstək!

Millət vəkilindən "Füzuli" futbol komandasına dəstək!

Millət vəkilindən "Füzuli" futbol komandasına dəstək!Region Liqasının startını gözləyən əyalət təmsilçisi "Füzuli" futbol komandasına millət vəkilindən dəstək gəlib. Belə ki, daima öz dəstəyini Azərbaycan idmanından və futbolundan əsirgəməyən Milli Məclisin deputatı Vüqar Bayramov, "Füzuli" futbol komandası ilə əlaqədar sosial şəbəkədəki səhifəsində paylaşım edib. Paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq:
 
"Bu ildən etibarən "Füzuli” Futbol Klubu rəsmi olaraq Region Liqasında rayonumuzu təmsil edəcək. Füzuli hər zaman güclü futboluna görə seçilən rayonlarımızdan olub. Təəssüf ki, 27 illik erməni işğalı Füzuli rayonunda futbolun inkişafına da mənfi təsir göstərmişdir.

Artıq Füzuli bütövləşib və yenidən rayonumuzda futbol inkişaf edəcək və canlanacaq. İnanırıq ki, komandamız bizi liqada layiqincə təmsil edəcək və öz qələbələri ilə sevindirəcək.

"Füzuli” Futbol Klubunun Füzuli şəhərində öz görüşlərini keçərəcəyi gün də uzaqda deyil.

"Füzuli” Futbol Klubunun Region Liqasında iştirakına dəstək olduğuna və müraciətimizə diqqətlə yanaşdıqlarına görə AFFA rəhbərliyinə, Füzuli rayonunda uşaq futbolunun inkişafına dəstəyinə görə isə həmkarım millət vəkili Rauf Əliyevə xüsusi təşəkkür edirəm.

"Füzuli” FK-nın baş məşqçisi Vasif İsmayılov başda olmaqla bütün komandanı təbrik edir və uğurlar arzulayıram. İnanırıq ki, yaxın illərdə "Füzuli” Futbol Klubu daha yüksək liqalarda təmsil olunacaq."
 
 
Rauf İskəndərov
Redaktor




573     
Reklam

Reklam