» » » Azadlığının ildönümündə "Füzuli" FK-dan "Əsgər salamlı" qələbə!

Azadlığının ildönümündə "Füzuli" FK-dan "Əsgər salamlı" qələbə!

Azadlığının ildönümündə "Füzuli" FK-dan "Əsgər salamlı" qələbə!Region Liqası hazırlıqlarını davam etdirən "Füzuli” FK növbəti yoxlama oyununu keçirib. Bu dəfə rəqib "Gənclik” İK komandası olub.
 
Qeyd edək ki, bir həftə öncə keçirilmiş ilk yoxlama oyunu ilə müqayisədə, Vasif İsmayılovun başçılıq etdiyi komandanın heyətində ciddi dəyişikliklər edilib. Belə ki, komandaya bir sıra təcrübəli futbolçular cəlb olunub ki, bu da yekun nəticədə öz əksini tapıb – 3:1.
Qalib komandanın heyətində Rəhman Musayev, Şəhriyar Zərbəliyev və Aydın Qasımov fərqləniblər.
 
 
Onu da qeyd edək ki, bu gün "Füzuli” komandası üçün xüsusi ilə əlamətmar bir gün idi. Belə ki, düz bir il əvvəl, Ali baş komandan İlham Əliyevin başçılığı altında, şanlı Azərbaycan ordusu Füzuli şəhərini 27 illik işğaldan azad edib.
 
 
Bu günkü oyunda, vurulan ilk qoldan sonra, komanda futbolçuları tribunalarda toplaşan azarkeşlərə yaxınlaşaraq, "Əsgər salamı” veriblər. Beləliklə də, komanda üzvləri, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarını ehtiramla yad edib.
 
 
"Füzuli" FK-nın Mətbuat Katibi Rauf İskəndərov
553     
Reklam

Reklam