» » » TRANSFER: “Neftçi” PFK-nın və U-21 yığmasının sabiq futbolçusu "Füzuli"də

TRANSFER: “Neftçi” PFK-nın və U-21 yığmasının sabiq futbolçusu "Füzuli"də

TRANSFER: “Neftçi” PFK-nın və U-21 yığmasının sabiq futbolçusu "Füzuli"dəRegion Liqası hazırlıqlarını davam etdirən "Füzuli” FK komandası daha bir təcrübəli futbolçunu heyətinə qatıb.
Premyer.az xəbər verir ki, əyalət təmsilçisi bu dəfə "Neftçi” və U-21 yığmasının sabiq futbolçusu Mirkamil Əliyevlə anlaşıb.
25 yaşlı yarımmüdafiəçi, karyerası ərzində "Rəvan”, MOİK, "Neftçi”,  "Zirə” və "Qaradağ-Lökbatan” komandalarının şərəfini qoruyub. Mirkamil "Qarabağ” və "Şuşa” futzal klublarında da çıxış edib.
Bundan əlavə Əliyev Azərbaycanın U-19 və U-21  yığmalarında da yer alıb.
 
Rauf İskəndərov / Premyer.az
245     
Reklam

Reklam