» » » Region Liqası: "Füzuli" FK daha bir təcrübəli futbolçunu heyətinə qatdı

Region Liqası: "Füzuli" FK daha bir təcrübəli futbolçunu heyətinə qatdı

Region Liqasının startını gözləyən "Füzuli” FK komandası, daha bir təcrübəli futbolçunu heyətinə qatıb.
Premyer.az xəbər verir ki, Vasif İsmayılovun başçılıq etdiyi komanda, "Bakı”, "Lokomotiv”, "İnter”, "Qaradağ Lökbatan”, "Bakılı”, "Neftçi”, "Binə”, "Xəzər”, "Şahdağ” Qusar, "Şahdağ” Quba və "Şamaxı” komandalarında çıxış etmiş, bir müddət isə "Füzuli” komandasının şərəfini qorumuş, Vüsal Səfərovla anlaşıb.
Qeyd edək ki, 29 yaşlı təcrübəli müdafiəçi, U-17, U-19, U-21 yığmalarının və çimərlik futbolu üzrə Azərbaycan yığmasının da şərəfini qoruyub.
 
Rauf İskəndərov / Premyer.az
354     
Reklam

Reklam