» » » Çində dəfələrlə Azərbaycan bayrağını ucaltmış Sadiq Həsənov vəfat etdi - FOTOLAR

Çində dəfələrlə Azərbaycan bayrağını ucaltmış Sadiq Həsənov vəfat etdi - FOTOLAR

Çində dəfələrlə Azərbaycan bayrağını ucaltmış Sadiq Həsənov vəfat etdi - FOTOLARUzun illər Çində yaşayan və təhsil alan idmançı və aktyor  həmyerlimiz Sadiq Həsənov ötən gün Bakıdakı evində, yarım illik çətin mübarizədən sonra, beyin xərçəngindən vəfat edib.  O bu gün doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
 
Premyer.az saytı mütəmadə olaraq son illər ərzində həmyerlimizin uğurları haqqında öz oxucuları ilə xəbərlərlə bölüşüb. Həsənov, Pekin İdman Universitetinin tələbələr arasında ənənəvi olaraq keçirdiyi  "Bodybuilding and Men's Physique" yarışmasının dəfələrlə qalibi olub. Bundan əlavə Sadiq aktyorluq fəaliyyəti ilə də məşğul olub və Çində bir sıra film və seriallarda çəkilib.
 
1985-ci ildə doğulan Həsənov, ilk ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb, sonradan isə Çinə gedərək, Pekin İdman Universitetində dövlət hesabına magistr təhsilini davam etdirib. 
 
Səhhətində yaranan problemlər səbəbi ilə, ilk öncə Çində müalicəyə başlayıb, lakin daha sonra, maddi çətinliklər ucbatından Azərbaycana qayıdıb və bir müddən Bakıda müalicə olunub. Təəssüflər olsun ki, bu acımasız xəstəlik dünən onun həyatına son qoyub.
 
Qeyd edək ki, Sadiq Həsənov Facebook profilindəki son paylaşımını, 26 fevral Xocalı Soyqırımı günündə edib...
 
Premyer.az saytının kollektivi mərhuma Allahdan rəhmət, ailə üzvü və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
 
ALLAH RƏHMƏT ELƏSİN!
 
 
 
Rauf İskəndərov / Premyer.az


Çində dəfələrlə Azərbaycan bayrağını ucaltmış Sadiq Həsənov vəfat etdi - FOTOLAR
Çində dəfələrlə Azərbaycan bayrağını ucaltmış Sadiq Həsənov vəfat etdi - FOTOLAR
621     
Reklam

Reklam