» » » Yığmanın heyətində 9 qola imza atmış futbolçu - "Füzuli" komandasında

Yığmanın heyətində 9 qola imza atmış futbolçu - "Füzuli" komandasında

Yığmanın heyətində 9 qola imza atmış futbolçu - "Füzuli" komandasındaRegion Liqasında yeni mövsümün hazırlıqlarını davam etdirən "Füzuli" komandası daha bir transfer reallaşdırıb. Premyer.az xəbər verir ki, Füzuli təmsilçisi İmişli futbol məktəbinin növbəti yetirməsini heyətinə qatıb. Bu, 30 yaşlı yarımmüdafiəçi Cavidan Musazadədir.
Qeyd edək ki, Cavidan karyerası ərzində "MKT Araz" FK, "NBC Salyan", "Rəvan", "Mil-Muğan" və "Füzuli" komandalarının şərəfini qoruyub. Musazadə 2017-2018-ci illər mövsümündə "Füzuli" komandasının heyətində Region Liqasının bürünc medallarını qazanıb.
 
U-19 komandasında da forma geyinmiş futbolçu, Azərbaycan yığmasının heyətində 9 qola imza atıb.
 
Rauf İskəndərov / Premyer.az
134     
Reklam

Reklam