» » » Canni De Byazi: “İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq”

Canni De Byazi: “İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq”

Canni De Byazi: “İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq”DÇ-2022-nin seçmə mərhələsində İrlandiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında baş məşqçilərin və Azərbaycan milli komandasının üzvü Emin Mahmudovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Canni De Byazi (Azərbaycan millisinin baş məşqçisi): "Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla oyunun ikinci hissəsində keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu. İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq. Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir, amma bu, bəhanə olmamalıdır. Evə yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə əldə etmək üçün isə sabah maksimum gücümüzü nümayiş etdirməliyik.
 
Heyətlə bağlı demək olar ki, qərar vermişəm, ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq. Təbii ki, əvvəlcə onların fiziki vəziyyətinə və necə bərpa olunmalarına baxmalıyıq. Heç bir oyun asan olmur. Bu cür ardıcıl oyunlarda bərpa olunmaq çox vacibdir”.
 
Emin Mahmudov: "Məğlub olmağımız xoş deyildi. Sabahkı oyunda nəticə qazanmaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, evə əliboş qayıtmayaq. Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir”.
 
Stiven Kenni (İrlandiya millisinin baş məşqçisi): "Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. Komandanın heyətinin çoxu "Qarabağ"ın futbolçularından təşkil olunub. "Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır. Heyətdə müəyyən problemlərimiz var. Koronavirusdan sağalan Kallum Robinson klubu ilə məşq edib. Çox güman ki, sabahkı oyunda ona şans verəcəyəm".
139     
Reklam

Reklam