» » » REGİON LİQASI ilə bağlı onlayn iclas keçiriləcək

REGİON LİQASI ilə bağlı onlayn iclas keçiriləcək

Bu gündən etibarən Region Liqasının 2021-2022-ci illər mövsümünə qeydiyyat və hazırlıq mərhələsinə başlanılır.
 
Region Liqasında iştirak etmək istəyən komandalar bununla əlaqədar müraciət və təminat məktubunu [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Sentyabrın 3-də, saat 14:00-da ZOOM platforması üzərindən onlayn görüş təşkil olunacaq. Görüşdə iştirak etmək istəyən komandaların nümayəndələri yuxarıda qeyd olunan elektron ünvana müraciət edə bilərlər.
İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq və fikir mübadiləsi aparılacaq.
229     
Reklam

Reklam