» » » "Füzuli" FK Azərbaycan millisinin sabiq qapıçısını TRANSFER etdi - FOTOLAR

"Füzuli" FK Azərbaycan millisinin sabiq qapıçısını TRANSFER etdi - FOTOLAR

"Füzuli" FK Azərbaycan millisinin sabiq qapıçısını TRANSFER etdi - FOTOLARBu mövsüm yenidən Region Liqasına qayıdan "Füzuli” FK komandası, ilk transferini gerçəkləşdirib.
 
Premyer.az xəbər verir ki, Vasif İsmayılovun başçılıq etdiyi komanda, Birinci Divizionda mübarizə aparan MOİK komandasının təcrübəli qapıçısı, əslən Füzulidən olan Nurlan Quluzadəni heyətinə qatıb.
 
Premyer.az xəbər verir ki, Nurlan futbol oynamağa 11 yaşında "Neftçi” Futbol Akademiyasında başlayıb. Flaqmanın U-19 yaş qrupuna qədər təcrübə toplayıb. Bu müddət ərzində ölkənin U-16, U-17 və U-19 yığmalarına cəlb olunub. Almaniyanın məhşur "Şalke 04” komandası Nurlanı bəyənərək, onu öz heyətində görmək istəsə də, "Neftçi” rəhbərliyi ilə aparılan danışıqlar baş tutmayıb.
 
Quluzadə "Neftçi”də ilk ilini futboloçu kimi müxtəlif mövqelərdə keçirsə də, daha sonra qapıçı mövqeyində çıxış etməyə başlayıb və hər iki mövqedə də, məşqçilərin rəğbətini qazanıb. Qapıçılar üzrə məşqçi Hüseyin Məhəmmədov, daha sonra Arif Abbasov, serbiyalı mütəxəssis Vladimir Miçoviç, Vitaliy Kovalyov və digərləri, Nurlanın ilk məşqçiləri olub.
 
"Neftçi”dən ayrıldıqdan sonra, bir müddət "Səbail” komandasının heyətində Birinci Divizionda, daha sonra "Zirə” komandasında və "Füzuli” komandasının heyətində çıxış edib.
 
Gənc qapıçı, əyalət klubunun heyətində 2019-cu ildə Çeçenistan Respublikasında keçirilən, Həvəskarlar arasında III Rusiya Çempionatının gümüş mükafatçısı və turnirin ən yaxşı qapıçılarından biri olub.
 
2019-cu ilin sentyabr ayında MOİK klubu Nurlanla 3 illik müqavilə imzalayıb.
 
Rauf İskəndərov / Premyer.az
Fotolar: Ramil Məmmədov
Profil fotosu: Rauf İskəndərov
 
 
"Füzuli" FK Azərbaycan millisinin sabiq qapıçısını TRANSFER etdi - FOTOLAR



365     
Reklam

Reklam