» » » Tokio-2020 XVI Yay Paralimpiya Oyunları - 31.08.2021: 1 Qızıl 1 Gümüş!

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları - 31.08.2021: 1 Qızıl 1 Gümüş!

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları - 31.08.2021: 1 Qızıl 1 Gümüş!Azərbaycan Milli Paralimpiya Komandasının idmançıları bu gün Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında 1 qızıl, 1 gümüş olmaqla 2 medal qazanıblar.
 
GÜNÜN YEKUNU:

Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh 100 metr sərbəst kateqoriyasında 52.69 saniyəlik nəticə göstərərək qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva (T13) 100 metr kateqoriyasında 11.99 saniyə nəticə göstərərək gümüş medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yulia Yanovskaya (T13) 100 metr kateqoriyasında yarışı 4-cü pillədə tamamlayıb.

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu (T13) 100 metr kateqoriyasında yarışı 7-ci pillədə tamamlayıb.

Azərbaycan Milli Paralimpiya Komandasının güllə atıcılığı idman növü üzrə təmsilçisi
Yelena Taranova (P12 - 10 metr) təsnifat mərhələsində mübarizəni dayandırıb.

Azərbaycan Milli Paralimpiya Komandasının güllə atıcılığı idman növü üzrə təmsilçisi
Kamran Zeynalov (P12 - 10 metr) təsnifat mərhələsində mübarizəni dayandırıb.















213     
Reklam

Reklam