» » » Tokio-2020 XVI Yay Paralimpiya Oyunları - 29.08.2021: 2 Qızıl 1 Bürünc!

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları - 29.08.2021: 2 Qızıl 1 Bürünc!

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları - 29.08.2021: 2 Qızıl 1 Bürünc!Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandasının İdmançıları bu gün (29 avqust) 2 qızıl, 1 bürünc olmaqla daha 3 medal qazanıblar.
Atletika idman növü üzrə idmançımız Elvin Astanov (F53 - nüvə itələmə) növü üzrə 8.77metr nəticə göstərərək dünya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb.
Atletika idman növü üzrə idmançımız Elmir Cəbrayılov (T13- 100 metr) növü üzrə təsnifat mərhələsində ayağında olan zədə səbəbi ilə mübarizəni məcburi dayandırıb.
Qadınlar arasında +70 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Dürsədəf Kərimova finaldakı rəqibi Zarina Baibatinanı məğlub edərək qızıl medal qazanıb.
Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz İlham Zəkiyev bürünc medal qazanıb
Kişilər arasında -100 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Kənan Abdullaxanlı ilk görüşündə özbəkistanlı rəqibinə məğlub olub və mübarizəni dayandırıb.
Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S13) -50 m sərbəst kateqoriyasında -23,85 nəticə ilə 4-cü olub.
Azərbaycan Milli Paralimpiya Komandasının Pauerliftinq idman növü üzrə təmsilçisi Nurlan Babacanov (-97 kq) 185 kq ağırlıq qaldıraraq yarışı 7-ci pillədə bitirib.
















274     
Reklam

Reklam