» » » Tokio-2020 XVI Yay Paralimpiya Oyunları: Bir gündə 4 Qızıl medal!

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları: Bir gündə 4 Qızıl medal!

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları: Bir gündə 4 Qızıl medal!Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandasının idmançıları bu gün (28 avqust) mübarizəyə qoşulan 4 idmançımız daha 4 qızıl medal qazanıblar.
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandasının idmançıları daha 4 qızıl medal qazanıblar.
Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva finaldakı rəqibi Parvina Samandarovanı məğlub edərək qızıl medal qazanıb.
Qadınlar arasında -63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova finaldakı rəqibi Irina Husievanı məğlub edərək qızıl medalı qazanıb.
Kişilər arasında -81 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli finaldakı rəqibi Davurxom Karomatovu məğlub edərək qızıl medal qazanıb.
Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb və qızıl medal qazanıb.
253     
Reklam

Reklam