» » » "Qarabağ" ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı!

"Qarabağ" ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı!

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edən "Qarabağ" Şotlandiyada "Aberdin"lə üz-üzə gəlib. Bakıda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu səfərdə də üstünlüyünü qorumağı bacarıb. "Pittodri" stadionunda keçirilən matçda Qurban Qurbanovun komandası qələbə qazanıb. Beləcə, "Qarabağ" ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə əldə edib.

 

 

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

"Aberdin" (Şotlandiya) - "Qarabağ" - 1:3
Qollar: L.Ferqyusson, 90+2-pen – T.Bayramov, 8. K.Malinovski, 18. A.Zubir, 72.
Baş hakim: Harald Lexner (Avstriya)
Aberdin, "Pittodri" stadionu
İlk oyun - 0:1

163     
Reklam

Reklam