» » » Hayfada mətbuat konfransı və açıq məşq

Hayfada mətbuat konfransı və açıq məşq

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da "Sammi Ofer” stadionunda keçiriləcək "Makkabi” (Hayfa) – "Neftçi” oyunu öncəsi komandanın baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 25-i Bakı vaxtı ilə saat 20:30-dan etibarən "Sammi Ofer” stadionunun mətbuat zalında keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 18:30-da rəqib komandanın mətbuat konfransı, 19:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin "Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

163     
Reklam

Reklam