» » » Qurban Qurbanov: "Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar"

Qurban Qurbanov: "Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar"

Qurban Qurbanov: "Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar""Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə ilk matçından (1:0) sonra mətbuat konfransında fikirlərini bölüşüb:
 
"Futbolçularımı təbrik edirəm. Demişdim ki, çalışacağıq azarkeşlərimiz razı qalsın. Komandamız sona kimi qələbə hesabını qoruya bildi. Oyunboyu çalışdıq oyunu rəqib meydanında quraq. Bilirdik ki, standart vəziyyətlərdə təhlükəlidirlər. Rəqib uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq. Fiziki cəhətdən möhkəm rəqibdir. Cütün taleyi cavab görüşünə qaldı. Yaxşı komandaya qarşı səfərdə daha çox güc sərf etmək, daha yaxşı oynamaq olar. Çalışacağıq oyunu müdafiədən yox, hücumdan quraq. Azarkeşlərə təşəkkür etməmək düzgün olmaz. Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar. Hər birinə təşəkkür edirəm"
230     
Reklam

Reklam