» » » Namik Ələskərov uğurlu əməliyyat olundu

Namik Ələskərov uğurlu əməliyyat olundu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Yunanıstanın "Olimpiakos” klubu ilə oyununda ciddi zədə alan Namik Ələskərov bu gün əməliyyat olunub. Komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:

"Üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb. Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək”.

119     
Reklam

Reklam