» » » "Keşlə" Rusiyanın kurort şəhərindən 3 cavabsız qolla dönür

"Keşlə" Rusiyanın kurort şəhərindən 3 cavabsız qolla dönür

Avropa Konfrans Liqasının II mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Keşlə” "Soçi"nin qonağı olub.

Sənan Qurbanovun rəhbərlik etdiyi komanda rusiyalı rəqibinə ciddi müqavimət göstərə bilməyib. Meydan sahibləri 3 cavabsız qolla bu oyunda qalib gələrək, demək olar ki, bu cütlüyü taleyini bir oyunda həll etməyi bacarıb.

Qeyd edək ki, cavab oyunu iyulun 29-da keçiriləcək.

Konfrans Liqası, II mərhələ, ilk oyunlar

22 iyul 2021

"Soçi" (Rusiya) – "Keşlə" (Azərbaycan) 3:0
Qol
: Rodriqao, 10. K.Noboa, 66-pen. M.Barsov, 81.
Baş hakim: Enea Yorgi (Albaniya)

131     
Reklam

Reklam